"Tramp dediyini etsə, manat ucuzlaşacaq" - Vahid Əhmədovun şərhi

"Azərbaycan Mərkəzi Bankının (AMB) tənzimləmə mexanizmləri sayəsində 2024-cü ildə manatın dollara, avroya və digər dünya valyutalarına nisbətdə məzənnəsində eniş baş verməyib".

Jan 2, 2025 - 18:10
"Tramp dediyini etsə, manat ucuzlaşacaq" - Vahid Əhmədovun şərhi

SAVASHMEDİA.az xəbər verir ki, bunu iqtisadşı-alim, Milli Məclisin deputatı Vahid Əhmədov haqqin.az saytına müsahibəsində deyib.

“Mərkəzi Bank əvvəlki illərdə olduğu kimi milli valyutanın dollara nisbətdə məzənnəsini 1,7 manat səviyyəsində saxlamağa nail olub. Hesab edirəm ki, 2025-ci ilin birinci yarısında bu nisbət dəyişməz qalacaq. Düzdür, ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı söz verdiyi kimi, dünya bazarında neftin qiymətini bir barel üçün 40 dollara endirsə, o zaman manatın digər valyutalara nisbətən sabitliyini qorumaq problem olacaq. Dünya bazarında neftin qiyməti 70-75 dollar/barel səviyyəsində qalsa, o zaman manatın dollara məzənnəsi 1:1,7 nisbətində 2025-ci ilin sonuna kimi davam edəcək. Beləliklə, bu mənada qlobal maliyyə sistemində çox şey ABŞ-ın yeni prezidentinin hərəkətlərindən asılı olacaq”. - iqtisadçı vurğulayıb.