Trampla Putinin görüşəcəyi otağın divarında nə yazılıb? - FOTO
ABŞ lideri Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşünə dəqiqələr qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, artıq hər iki lider Alyaskadadır. 6-7 saat davam edəcəyi bildirilən görüş bütün dünyanın diqqət mərkəzindədir.
Liderlərin görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edəcəkləri gözlənilir. Mətbuat konfransının keçiriləcəyi otağın divarında yazılan “Sülh axtarışında” ifadəsi isə xüsusilə maraq doğurub.
Bu ifadə Putinlə Trampın Ukraynanın iştirakı olmadan da mütləq sülhdə maraqlı olduğunu göstərir.
Banu