"Türk silahı ilə bizimkiləri öldürürlər" - Lavrovdan Ankaraya etiraz

Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etmək istəyini nəzərə alsaq, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır.

Nov 1, 2024 - 11:09
"Türk silahı ilə bizimkiləri öldürürlər" - Lavrovdan Ankaraya etiraz

SAVASHMEDİA.az bildirir ki, bunu "Hürriyet" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərini və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu, çaşqınlıq yaratmaya bilməz", - nazir qeyd edib.