Türkiyə qəzaya uğrayan təyyarənin nasaz olduğunu rəsmən TƏKZİB ETDİ - Vurulub?
Türkiyə Milli Müdafiə Nazirliyi hərbi yük təyyarəsinin qəzası ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, nazirlik Türkiyə ordusunun arsenalındakı bütün “C130”ların uçuşlarının noyabrın 12-dən etibarən dayandırıldığını bildirib:
“Ehtiyat tədbiri olaraq, 12 noyabr 2025-ci il tarixindən etibarən təyyarələrimizin uçuşu dayandırılıb. Bütün detallı texniki yoxlamalar tamamlandıqdan sonra uçuşlar bərpa olunacaq”.
Nazirlik qeyd edib ki, qəzaya uğrayan C-130 təyyarəsində personal və təyyarəyə texniki xidmət avadanlığı olub, heç bir döyüş sursatı olmayıb.
Qurum təyyarənin köhnə və texniki cəhətdən nasaz olduğu üçün qəzaya uğradığı iddiasına isə belə cavab verib:
“Köhnə təyyarə yoxdur, sadəcə texniki qulluq görməyən təyyarə var. Lakin sözügedən təyyarələrə ölkəmiz tərəfindən müntəzəm texniki qulluq göstərilir. “C130” təyyarələri hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur. Təyyarəyə Erciyes Avionics modernizasiyası tətbiq edilib, planlaşdırılmış gövdə, mühərrik və pervane texniki qulluqları vaxtında aparılıb. Sonuncu texniki baxışın 11 sentyabr - 12 oktyabr 2025-ci il tarixləri arasında aparıldığı müəyyən edilib”.
Banu