Türkiyə silkələndi

Türkiyənin Antalya vilayətində 4,5 bal gücündə zəlzələ olub.

Jan 3, 2025 - 18:33
Türkiyə silkələndi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentrinin Antalya körfəzində 7 kilometr dərinlikdə olduğu açıqlanıb.

Məlumata görə, zəlzələ ətraf rayonlarda da hiss edilib.

Oğuz