Üç gün leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ + TARİXLƏR

Uzun müddət davam edən istilərdən sonra hava sərinləyəcək.

Aug 8, 2025 - 22:04
Üç gün leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ + TARİXLƏR

SAVASHMEDİA.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.