"Uşaqlarımın ataları hər zaman həyatımda olub, bu sevgi..." - Fərqanə Qasımova
O, bildirib ki, ailəsi üçün mübarizə aparan bir xanım olub
"Bir qadın olaraq hər zaman xoşbəxt olmuşam çünki sevmişəm və sevilmişəm. Sevgim və sevdiyim şəxs uğrunda mübarizə, ailəm üçün mücadilə aparan xanım olmuşam. Mən əfsanə bir xanım olmuşam. Mən olmayandan sonra haqqımda əfsanələr yazılacaq. Bu xanım ailəsi, sevdiyi insan üçün nələr fəda etdi və canında keçdi. Sənəti ilə ailəsini necə qoruya bildi. Heç birinə xəyanət etmədi. İnanıram ki, əfsanəyə çevirilmiş insan olacağam".
SAVASHMEDİA.az bildirir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova qonaq olduğu "Bir gün" verilişdə deyib:
"Özünü fəda etmək özünü boş və yalan şeylər üçün öldürmək anlamına gəlmir. İnsan doğması yəni həyat yoldaşı və uşaqlar üçün yaşayırsa o yolda yıxılıb-durmağa, yanıb-sönməyə, ölüb - dirilməyə bir səbəblər var. Mənim dörd övladım var, onların ataları hər zaman mənim həyatımda olub. Mən o insan deyiləm ki, hər zaman o sevgini axtarım və tapım. Mənim üçün ailə olubsa hər zaman da olacaq. Bu sevgi mənim ömrünün sonuna kimi bəs edəcək".
Qeyd edək ki, bir neçə il bundan əvvəl F.Qasımova həyat yoldaşı Elnur Mövlamovdan rəsmi şəkildə olmasa da ayrılıb. Cütlüyün 4 övladı var.