Xalq artistinin oğluna yüksək vəzifə verildi – FOTO

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə yeni rəis müavini təyin edilib.

Feb 21, 2026 - 12:58
Xalq artistinin oğluna yüksək vəzifə verildi – FOTO

SAVASHMEDİA.az qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.

Fotoda: Xalq artisti Muxtar Maniyev və oğlu Tural Maniyev