"Yuventus"un kapitanı: "Ağlamaq istəyirəm"

"Yuventus"un kapitanı Manuel Lokatelli Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray" səddini keçə bilməməkləri və mübarizəni başa vurmaqları haqda danışıb.

Feb 26, 2026 - 11:44
"Yuventus"un kapitanı: "Ağlamaq istəyirəm"

SAVASHMEDİA.az xəbər verir ki, bu komandalar arasında ilk matçda Türkiyə klubu 5:2 hesablı qələbə qazanıb.

Ötən gecə "Yuventus" cavab görüşündə 3:2 hesabı ilə qalib gəlsə də, ümumi hesabda üstün və 1/8 finala yüksələn tərəf "Qalatasaray" olub.

Lokatelli görüşdən sonra açıqlamasında məyusluğunu belə ifadə edib:  "Düzünü desəm, ağlamaq istəyirəm. Biz həqiqətən inanırdıq. Bu oyuna canımızı qoyduq. İlk oyundakı məğlubiyyət işləri çətinləşdirdi, amma bu gün hər kəsə ürəkdən təşəkkür etmək istəyirəm. Stadiondakı atmosfer inanılmaz idi".

Aytən