1 yaşında anasını itirmişdi - İmişlidəki qəzada ölən Məhbubənin FOTOSU
Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
SAVASHMEDİA.az “Unikal”a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində 3 məktəbli ölüb, YPX avtomobilinin sürücüsü isə xəsarət alıb.