"Ehdiparfum"un İFŞA VİDEOSU iddiası - Özü açıqlama yaydı

Sosial şəbəkələrdə böyük səs-küyə və marağa səbəb olan məlumatlar yayılıb. 

Sep 4, 2026 - 16:44
"Ehdiparfum"un İFŞA VİDEOSU iddiası - Özü açıqlama yaydı

Məlumata görə, “TikTok” platformasında Ehdiparfum (Əhdiman Osmanov) ləqəbi ilə tanınan fenomenə aid olduğu iddia edilən video sosial mediada paylaşılıb.

Görüntülər və yayılmış xəbərlər qısa müddətdə geniş müzakirələrə səbəb olub.  Bir çox istifadəçi bu məsələnin şəxsi həyatın toxunulmazlığına zidd olduğunu iddia edərək, videonun yayılmasını kəskin tənqid edib.

Ehdiparfum (Əhdiman Osmanov) özü görüntülərlə bağlı bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər böhtandır və həqiqəti əks etdirmir. O, qeyd olunan görüntüləri yayan şəxslərin qanun qarşısında cavab verəcəyini bildirib.