10 gün sonra tərxis olunacaqdı, qar uçqununa düşdü

Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Ruslan Həmidov 10 gün sonra hərbi xidmətdən tərxis olunacaqmış.

Mar 22, 2025 - 02:05
10 gün sonra tərxis olunacaqdı, qar uçqununa düşdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, R.Həmidov əslən Bərdə rayonundandır. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

R.Həmidov Gədəbəydə yerləşən hərbi hissələrdən birində xidmət edib. Aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqmış.

Mərhum martın 22-də Bərdə rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də nəşləri aşkar edilib.