14 yaşlı azərbaycanlı Sankt-Peterburqda polis bölməsini yandırıb? - İZAHATI

Sankt-Peterburqda 14 yaşlı azərbaycanlıya qarşı terror aktı maddəsi ilə cinayət işi açılıb.

Aug 3, 2025 - 15:44
14 yaşlı azərbaycanlı Sankt-Peterburqda polis bölməsini yandırıb? - İZAHATI

SAVASHMEDİA.az Rusiya mətbuatına istinadla xəbər verir ki , o, fəaliyyət göstərməyən polis bölməsi binasını yandırmaqda ittiham olunur.

İstintaqın məlumatına görə, avqustun 2-də bir yeniyetmə Moskovskaya meydanında istifadə olunmayan polis idarəsinin binasına molotov kokteyli olan butulka atıb. Hadisə nəticəsində binanın dam örtüyü yanıb. Tələfat olmayıb - yanğını yoldan keçənlər söndürüb.

Müstəntiqlər iddia edirlər ki, yeniyetmə yanğının fotosunu çəkib qaçıb. Daha sonra o, saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yeniyetmə internetdə manipulyasiya qurbanına çevrildiyini bildirib.

İyulun 28-də o, sosial şəbəkələrdə ondan Sankt-Peterburqun məşhur yerlərinin geolokasiyalarını göndərməyi xahiş edən bir qızla tanış olub. Bundan sonra yazışmalar silinib və əlaqə bloklanıb.

Onun sözlərinə görə, daha sonra naməlum şəxs onunla əlaqə saxlayıb və verdiyi məlumatdan “cinayətkarlıq məqsədilə” istifadə edildiyini bildirib. Azərbaycanlı yeniyetməyə tərk edilmiş polis bölməsini yandıraraq “günahını yumaq” təklif edilib. Bunun üçün yeniyetməyə 250 min rubl vəd edilibmiş.

Oğuz