2026-cı ilin ilk uşağı Naxçıvanda doğuldu 

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.

Jan 1, 2026 - 12:21
2026-cı ilin ilk uşağı Naxçıvanda doğuldu 

SAVASHMEDİA.az xəbər verir ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:01-də Gülməmmədovlar ailəsində oğlan uşağı doğulub.

2,6 kiloqram çəkisi olan körpə keysəriyyə əməliyyatı ilə dünyaya gəlib və tam sağlamdır.

Yeni ilin ilk dəqiqəsində dünyaya göz açan körpənin valideynləri uşağa Rəsul adı verəcəklərini deyiblər.