"28 Mall" bağlandı

Texniki səbəblərə görə "28 Mall" Ticarət Mərkəzində işıqlar sönüb.

Apr 27, 2025 - 12:15
"28 Mall" bağlandı

SAVASHMEDİA.az xəbər verir ki, təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

"Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.

Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır.

Anlayışınız üçün təşəkkür edirik", - Ticarət Mərkəzindən verilən məlumatda deyilir.