3 uşaqlı ailələrə nə qədər pul veriləcək? - MƏBLƏĞ BİLİNDİ
Azərbaycanda çoxuşaqlı ailə statusunun 5 uşaqdan 3 uşağa endirilməsi təklif edilir.
SAVASHMEDİA.az xəbər verir ki, təklif artıq Milli Məclisə təqdim olunub və yaxın zamanlarda mövzunun geniş müzakirələrə çıxarılacağı gözlənilir.
Deputat Vüqar Bayramov bildirib ki, təklif təsdiqlənərsə, valideynlər həm hər uşağa görə aylıq pul alacaq, həm də uşaq sayından asılı olaraq pensiyaya 3-5 il daha erkən çıxacaqlar.
Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailələrə dövlət tərəfindən hər uşağa görə aylıq 105 manat sosial müavinət ödənilir. Milli Məclisə təqdim olunan layihə qəbul edilərsə, 3 uşaqlı ailələr də dövlətdən hər uşaq üçün aybaay məhz bu məbləğdə müavinət alacaqlar.
Qərarın qəbul olunması ölkədə doğum göstəricilərinin artmasına və gənc ailələrin maddi yükünün əhəmiyyətli dərəcədə azalmasına təkan verəcək. Layihənin ölkənin demoqrafik inkişaf üzrə Dövlət Proqramına daxil edilməsi və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir.
Oğuz