45 dəqiqədə ard-arda 5 zəlzələ - Rusiya silkələndi

Rusiyanın Kamçatka diyarında cəmi 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.

Jul 21, 2025 - 23:59
45 dəqiqədə ard-arda 5 zəlzələ - Rusiya silkələndi

SAVASHMEDİA.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələlərin maqnitudası 5,3; 5,2; 5,1 və iki halda 4,8 bal təşkil edib.

Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.