600 futbolçu istintaq altında, oyun satıb, mərc oynayıblar - "Çox məşhurdurlar, gündəm dəyişəcək"
“Türkiyənin 600 futbolçusu ifadə verməyə çağırılacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Sinan Burhan çıxış edib.
O bildirib ki, futbolda qeyri-qanuni mərc oyunları ilə bağlı istintaq davam edir və artıq “İnterpol” da məsələyə qarışıb:
“Gələn həftə istintaq çərçivəsində 600 futbolçu ifadə verməyə çağırılacaq. Siyahıya bir-birindən məşhur futbolçular daxildir. İstintaq tamamlananda Türkiyənin gündəmi tamamilə dəyişəcək”.
S.Burhan qeyd edib ki, Türkiyənin futbol cameəsinin məşhur adları Türkiyə Liqasındakı matçlar üzərindən xarici mərc saytlarında oyun oynayıblar:
"Albaniya, Bolqarıstan və Şimali Kipr kimi ölkələrdə fəaliyyət göstərən qeyri-qanuni mərc saytları vasitəsilə türk liqası matçları üzrə mərc edən futbolçular, menecerlər və məşqçilər var. Bu hal “İnterpol”un diqqətini çəkib və məsələ ilə bağlı Türkiyə polisinə məlumat verilib. Lazım olan tədbirlər görüləcək”.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun "371 hakimin mərc hesabı var, 152-si isə aktiv şəkildə mərc oynayır" şəklində verdiyi açıqlamadan sonra İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.
Mərc oyunlarının araşdırılması çərçivəsində 17 hakim və iki klub prezidenti olmaqla ümumilikdə 21 nəfər haqqında həbs qərarı çıxarılıb.
Banu