70 kq qızılla tutulan azərbaycanlı diplomatın kimliyi bilindi - Ad açıqlandı
Müsadirə edilən qızılın azərbaycanlı diplomata məxsus olduğu bildirilsə də, onun adı açıqlanmamışdı.
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.
Müsadirə edilən qızılın azərbaycanlı diplomata məxsus olduğu bildirilsə də, onun adı açıqlanmamışdı.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli həmin diplomatın adını açıqlayıb.
O, özünün sosuial şəbəkə hesabında bunları yazıb:
"Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur".
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
Oğuz