"Əlaqəm yoxdur, məsuliyyət də daşımıram!" - Mehriban Xanlarovadan qızı barədə QƏRİBƏ AÇIQLAMA

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Aysellə bağlı açıqlama yayıb.

Dec 3, 2024 - 17:25
Dec 3, 2024 - 17:26
"Əlaqəm yoxdur, məsuliyyət də daşımıram!" - Mehriban Xanlarovadan qızı barədə QƏRİBƏ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, o, paylaşım edərək onunla heç bir əlaqəsinin qalmadığını deyib:

"Rəhmətlik bacımın vəsiyyətinə əsasən onun 3 yaşında olan qızını böyüdərək analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur. Onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram. Bu məsələ ilə bağlı heç bir jurnalist mənə zəng etməsin. Çünki açıqlama verməyəcəhəm. Vətənimin bütün gəncləri mənim doğma övladlarımdır".