ABŞ səfirliyi “Gürcü Arzusu”na günahkar axtarmamağı tövsiyə etdi

Gürcüstandakı ABŞ səfirliyi “Gürcü Arzusu”na verdikləri qərarlara görə günahkar axtarmamağı tövsiyə edib. 

Dec 3, 2024 - 17:07
ABŞ səfirliyi “Gürcü Arzusu”na günahkar axtarmamağı tövsiyə etdi

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyinin yaydığı məlumatda deyilir. 

Etirazların başlamasından sonra ikinci ismarıcı dərc edən səfirlik xatırladıb ki, məhz “Gürcü Arzusu” Avropa İttifaqına (Aİ) üzvlük prosesini dayandırıb. 

“Gürcü Arzusu” ABŞ ilə strateji tərəfdaşlığını itirdi” postuna şərhdə “hər şey aydındır” həştəqi də əlavə edilib. 

“Başqalarını günahlandırmayın!”, - deyə ismarıcda vurğulanıb.

Xatırladaq ki, dekabrın 2-də Amerika diplomatik missiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırmaq qərarını elan etdiyi çıxışından sitatla post dərc etmişdi. “Hər şey aydındır”, - deyə səfirliyin ilk ismarıcında bildirilmişdi. 

Xatirə SADİQ