“Gürcü Arzusu”nun sədri siyasətdən gedir

“Gürcü Arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili siyasətdən gedir və bizneslə məşğul olacaq. 

Dec 3, 2024 - 17:04
“Gürcü Arzusu”nun sədri siyasətdən gedir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Pirveli” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, “Gürcü Arzusu” partiyasının sədri bizneslə məşğul olacağını açıqlamağa hazırlaşır”, - deyə telekanal vurğulayıb.

Telekanal iddia edir ki, “Gürcü Arzusu” liderləri Qaribaşviliyə rəsmi olaraq komandada qalmağı və etirazlar fonunda açıqlama verməməyi xahiş edirlər. Qaribaşvilinin hansı qərar verəcəyi məlum deyil.

Qeyd edək ki, baş nazir vəzifəsindən azad edildikdən sonra İrakli Qaribşvili “Gürcü Arzusu” partiyasının sədri postunu tutub. Lakin o, partiyanın fəaliyyətində iştirak etməyib və yalnız seçki iclaslarında çıxış edib. O, yeni çağırış parlamentinin ilk iclasında iştirak etsə də, sonradan qanunvericilik orqanında görünməyib. 

“Gürcü Arzusu”nun parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze bildirib ki, Qaribaşvili deputatlığı tərk etməyə hazırlaşır.

“İndiki mərhələdə partiyanın mətbuat xidməti Qaribaşvilinin gedişini təsdiqləmir”, - deyə telekanal bildirib.

Xatirə SADİQ