NATO baş katibi Gürcüstan iqtidarına müraciət etdi
NATO-nun baş katibi Mark Rutte Gürcüstan hakimiyyətini sülh və sabitliyin təşviqi üçün addımlar atmağa çağırıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Rutte bunun bütün gürcü xalqının maraqlarına cavab verdiyini söyləyib.
Alyansın baş katibi hərbi-siyasi blokun demokratiya, dəyərlər, azadlığa və demokratiyaya hörmət prinsipləri üzərində qurulduğunu vurğulayıb.
“Mən qəti şəkildə inanıram ki, bu dəyərlər bizim kollektiv sülh və rifahımızın əsasıdır. Bu məqamda mən görürəm ki, bütün müttəfiqlər Gürcüstanda demokratiyaya xələl gətirən və ya demokratiyanın təşviqi və ölkənin NATO və Avropa İttifaqına inteqrasiyası ilə bağlı hər hansı hərəkətlərdən qaçmaq zərurətini açıq şəkildə ifadə edirlər. Onlar Gürcüstan hökumətini bir neçə il əvvəl tutduğu yolda qalmağa çağırırlar”, - deyə Rutte yekunlaşdırıb.
Xatirə SADİQ