“Tramp məni təəccübləndirdi”   - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynanın bütün işğal olunmuş ərazilərini geri ala biləcəyi barədə açıqlamasını çox müsbət siqnal adlandırıb.

Sep 24, 2025 - 12:27
“Tramp məni təəccübləndirdi”   - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Zelenski Fox news telekanalına müsahibəsində deyib.

Ukrayna prezidentinin “hadisələrin bu dönüşündən təəccüblənibmi” sualına  cavabı belə olub:  

“Bir az (təəccüblənib – red.). Bəli, mən öz adamlarıma, orduma və ABŞ-nin dəstəyinin möhkəmliyinə əminəm, amma ABŞ prezidenti bu məsələdə daha pozitiv mövqe nümayiş etdirdi və göstərdi ki, Ukraynanı sona qədər dəstəkləmək istəyir. Ona görə də indi biz anlayırıq ki, biz bu müharibəni nə qədər mümkündür tez bitirməyə hazırıq. O, istəyir, mən istəyirəm, bizim adamlarımız istəyir. Amma o (Tramp – red.) başa düşüb ki, Putin istəmir və o (Tramp – red.) görür ki, o (Putin – red.) qalib gəlmir, amma hamıya qalib gəldiyini deyir”, - deyə Zelenski vurğulayıb. 

Zelenski əlavə edib ki, ABŞ prezidentinin ritorikasındakı dəyişikliyi çox pozitiv siqnal kimi görür.

“Və mən görürəm – bəli, bu, mənim üçün kiçik sürpriz oldu. Siz haqlısınız – mən Tramp və Amerika müharibənin sonuna qədər bizimlə olacağı ilə bağlı çox müsbət siqnal görürəm. Baxarıq, Tanrı elə etsin ki, bu, belə olsun”, - deyə Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, bir gün öncə ABŞ prezidenti Donald Tramp gözlənilmədən Rusiyanı “kağızdan düzəldilmiş pələng” adlandıraraq, Ukraynanın bütün əraziləri qaytara biləcəyini və “bəlkə də daha da irəli gedə biləcəyini” bəyan edib. Bundan əvvəl o, dəfələrlə Ukraynanın ərazisi məsələsində güzəştə getməli olacaqğından bəhs edirdi. 

Xatirə SADİQ