Qəhvə bu orqana zərər vermirmiş – MİF DAĞILDI
“Qəhvənin ürəyə zərəri yoxdur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu kardioloq Tamaz Qaqloşvili bildirib.
Onun sözlərinə görə, qəhvə həm sağlam insanlar, həm də ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün zərərli deyil.
Mütəxəssis gündəlik kofein qəbulunun 450 milliqramı keçməməli olduğunu bildirib. Bununla belə, hamilə qadınların istisna təşkil etdiyini vurğulayıb.
“Xeyr, qəhvə zərərli vərdiş deyil. Mən qəhvənin müdafiəçisiyəm. Əksinə, o, faydalıdır. Qəhvəni sevirsinizsə, için, sevmirsinizsə, içməyin”, – kardioloq qeyd edib.
Banu