İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaqdan İMTİNA ETDİ

İran zənginləşdirilmiş uran ehtiyatlarını xaricə göndərmək niyyətində deyil.

Nov 27, 2026 - 11:32
İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaqdan İMTİNA ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın Qahirədəki maraqlar bölməsinin rəhbəri Müctəba Fərdusi Pur Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, nüvə materialları İran ərazisində qalacaq, ölkə rəsmilərinin nəzarətində və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müşahidəsi altında saxlanılacaq.

O qeyd edib ki, Tehranla mümkün nüvə sazişi İranın uranı zənginləşdirmək hüququnun tanınmasını, sanksiyaların tam və yoxlanıla bilən şəkildə ləğvini, eləcə də ABŞ-ın 2018-ci ildəki kimi razılaşmadan yenidən çıxmayacağına dair təminatları əhatə etməlidir.

Qeyd edək ki, ABŞ 2018-ci ildə İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib.

Səlcuq