"Putinlə danışacağam, atəşkəsə razılaşsa, qalır bircə ərazi məsələləri" - Tramp
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə atəşkəs təklifini müzakirə etməyi planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti deyib.
O, bəyan edib ki, əgər Rusiya onun təşəbbüsünü qəbul edərsə, o zaman münaqişənin həlli yolunun 75%-i keçiləcək, yalnız razılaşmanın rəsmiləşdirilməsi və ərazi məsələlərinin müzakirəsi qalır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da yaxın günlərdə ABŞ nümayəndələri ilə təmasların mümkünlüyünü istisna etmədiyini bildirib.
Oğuz