Fələstin bayrağı qaldıran “Beşiktaş” futbolçusunu hansı cəza gözləyir? - HƏMİN VİDEO
“Hapoel" (Beer-Şeva) ilə qalmaqallı oyundan sonra “Beşiktaş”ın futbolçusu Kassoum Ouattaranın meydanda Fələstin bayrağı qaldırması müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra futbolçu tribunadan ona uzadılan Fələstin bayrağını götürüb.
O, bayrağı meydanın kənarındakı reklam lövhəsində yer alan UEFA yazısının üzərinə asıb.
Xatırladaq ki, UEFA qaydaları stadionda siyasi mesajların yayılmasını qadağan edir. Bu səbəbdən də Ouattaranın cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, Parisdə doğulan Kassoum Ouattaranın ailə köklərinin bağlı olduğu Fil Dişi Sahili əhalisinin təxminən 40 faizi müsəlmandır.
Oğuz