Kral ailəsinə məxsus əşyalar OĞURLANDI - Gecə basqını
Böyük Britaniya kral ailəsinin Sandrinqem malikanəsində yerləşən Şahzadə Uilyam və Keytin bağ evinə qanunsuz daxilolma baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, Hadisə zamanı saat və altı cüt qol düyməsinin oğurlandığı bildirilir.
Hadisə noyabrın 23-də Norfolk qraflığındakı Anmer Hall malikanəsində qeydə alınıb. Prokurorluğun məlumatına görə, 34 yaşlı Mirgen Doku və 32 yaşlı Arilen Ndoci drenaj borusu ilə binaya qalxaraq geyim otağına daxil olublar.
Onlar arasında mərhum şahzadə Filipə məxsus olduğu bildirilən qol düymələrinin də olduğu altı cüt qol düyməsi və bir saatı götürməkdə ittiham olunurlar.
Şübhəlilər ərazidəki meşəlik sahədə saxlanılıblar. Onların tutulmasına malikanənin əməkdaşlarından birinin kömək etdiyi bildirilir. Hadisədə iştirak etdiyi ehtimal olunan üçüncü şəxs isə hələ saxlanılmayıb.
Hər iki təqsirləndirilən şəxs noyabrın 25-də Norviç Magistrat Məhkəməsinə çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Hadisə zamanı Şahzadə Uilyam, Keyt Middlton və övladları evdə olmayıblar.
Qeyd edək ki, Anmer Hall malikanəsi 2011-ci ildə Kraliça II Elizabet tərəfindən toy hədiyyəsi olaraq Uilyam və Keytə verilib.
Aytən