"Avropa Birliyi şansını itirəcək" – Rusiya XİN-dən XƏBƏRDARLIQ!

“Avropa Ukrayna ilə bağlı sülh prosesində iştirak etmək üçün şərtlər irəli sürməkdə davam edərsə, Moskva ilə dialoq imkanlarını tamamilə itirə bilər”.

Nov 25, 2026 - 22:02
"Avropa Birliyi şansını itirəcək" – Rusiya XİN-dən XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov qeyd edib ki, hazırda Rusiyanın “Avropa üçlüyü” adlandırılan ölkələrlə hər hansı təmasları barədə məlumatı yoxdur.

O əlavə edib ki, Avropa nümayəndələri Moskvaya dəvət olunublar və indi bu dəvəti qəbul edib-etməyəcəklərinə qərar verməlidirlər.

Qeyd edək ki, Ryabkov bundan əvvəl Rusiya, ABŞ və Ukrayna arasında danışıqların davam etdiriləcəyini, lakin növbəti görüşün tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlamışdı.

Banu