"Putin hiyləgərdir..." - Lukaşenkodan ŞOK SÖZLƏR
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini “hiyləgər və ağıllı siyasətçi” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
O bildirib ki, Putin Ukrayna xalqını və dövlətini inkar etmir:
“Heç vaxt Putindən Ukrayna xalqını inkar etdiyini eşitməmişəm. O, hətta Ukrayna dövlətini də inkar etmir. O, hiyləgər və ağıllı siyasətçidir”.
Belarus lideri bildirib ki, Putin Rusiya, Ukrayna və Belarus xalqlarının tarixən yaxın olduğunu, keçmişdə olduğu kimi gələcəkdə də birlikdə olacaqlarını deyib.
Lukaşenko da bu mövqeyi bölüşdüyünü qeyd edib.
Banu