“Şeytanı 3 dəfə görmüşəm, qorxudan...” – Papanın GÜNDƏLİYİ

Mərhum Roma Papası Fransiskin 1992–2024-cü illəri əhatə edən şəxsi gündəliyi ictimaiyyətə təqdim olunub. 

Nov 24, 2026 - 11:37
“Şeytanı 3 dəfə görmüşəm, qorxudan...” – Papanın GÜNDƏLİYİ

SAVASHMEDİA.az xəbər verir ki, qeydlərdə onun şeytanla üç dəfə qarşılaşdığı, cəhənnəmin girişini seyr etdiyi və iki il davam edən mənəvi böhran keçirdiyi qeyd olunub.

Fransisk gündəliyində 2018-ci ilin iyununda cəhənnəmin girişini gördüyünü və bundan qorxduğunu yazıb. O, həmin an özünü qorumaq üçün təsbeh duasına sığındığını bildirib.

Keçmiş pontifik 2021-ci ilin yanvarında başlayan mənəvi böhranının kilsənin idarə olunması ilə bağlı çətinliklər, səhhətindəki problemlər və daxili sarsıntılarla müşayiət olunduğunu bildirib.

160 səhifəlik gündəlik kardinal Viktor Manuel Fernandes tərəfindən hazırlanıb. Nəşr 24 noyabrda beş dildə, 94 ölkədə satışa çıxarılıb.

Qeyd edək ki, Papa Fransisk 21 aprel 2025-ci ildə, 88 yaşında vəfat edib.

Oğuz