Ermənistan 13 ölkədəki səfirini geri çağırdı
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 13 ölkədə fəaliyyət göstərən səfirlərin geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat dərc olunub.
Sərəncama əsasən, Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya və Niderlanddakı səfirlər, həmçinin Argentina, Çili, Peru, Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı diplomatik nümayəndələr geri çağırılıb.
Bununla yanaşı, Ermənistanın İsraildəki səfiri, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi və NATO-dakı missiyasının rəhbəri də vəzifələrindən geri çağırılıblar.
Banu