Toyuq bulyonu bu xəstəliyin dərmanı imiş - Həkim TÖVSİYƏSİ

“Toyuq bulyonu öskürəyin aradan qaldırılmasına kömək edə bilər”.

Nov 23, 2026 - 00:49
Toyuq bulyonu bu xəstəliyin dərmanı imiş - Həkim TÖVSİYƏSİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu rusiyalı həkim Aleksandr Myasnikov bildirib.

Həkim öskürəkdən əziyyət çəkənlərə toyuq bulyonu yeməyi məsləhət görüb.

Myasnikovun sözlərinə görə, toyuq bulyonu bişərkən onda öskürəyə qarşı faydalı olan sistein amin turşusu əmələ gəlir.

Həkim qeyd edib ki, özü də səhhətində narahatlıq yarananda bu yeməyi qida rasionuna daxil edir:

“Fermer təsərrüfatında yetişdirilmiş sarı toyuqdan hazırlanan isti və qatılaşdırılmış toyuq bulyonu içəndə bütün narahatlıqlarım aradan qalxır”.

Banu