Zelenski Putinə “dostum” deyən Trampa ACIQLANDI - “Özü bilər, amma o, qatildir!

ABŞ Prezidenti Donald Trampın Vladimir Putini dost adlandırması Ukrayna Prezidenti Volodimir Zelenskinin sərt reaksiyasına səbəb olub.

Nov 22, 2026 - 01:53
Nov 22, 2026 - 02:16
Zelenski Putinə “dostum” deyən Trampa ACIQLANDI - “Özü bilər, amma o, qatildir!

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu haqda CNN telekanalına müsahibəsində danışıb.

Ukrayna Prezidenti qeyd edib ki, Tramp Putini necə adlandırmaqda sərbəstdir, lakin Ukrayna üçün Rusiya lideri düşmən və qatildir.

“Putin bizim üçün düşməndir. O, bizim üçün qatildir. Düşünürəm ki, dünyada insanların əksəriyyəti də onu qatil hesab edir”, - Zelenski vurğulayıb.

O bildirib ki, ABŞ prezidentinin Putini dost kimi təqdim etməsi Rusiya liderinin üzərindəki beynəlxalq təzyiqi azalda bilər. Belə münasibət Moskvanın özünü daha sərbəst hiss etməsinə şərait yaradır.

Qeyd edək ki, Tramp Çində Putinlə görüşü zamanı onu dostu adlandırıb. 

Səlcuq

Donald Trampın Putinlə bağlı son paylaşımı