“Sən demə, sabah bazar günü imiş" - Paşinyan qərarını dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin başlanma tarixi ilə bağlı qərarını bir neçə saat sonra dəyişməli olub.

Nov 21, 2026 - 22:00
“Sən demə, sabah bazar günü imiş" - Paşinyan qərarını dəyişdi

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan əvvəlcə layihənin noyabrın 22-də rəsmən işə salınacağını açıqlayıb. Lakin bir neçə saat sonra Telegram kanalında paylaşım edərək həmin günün bazar gününə təsadüf etdiyini xatırladıb və tarixi noyabrın 23-nə dəyişib.

“Sən demə, sabah bazar günü imiş. Ona görə də TRIPP layihəsinin rəsmi icrasına bazar ertəsi başlanacaq”, - Paşinyan yazıb.

Beləliklə, layihənin başlanma tarixi noyabrın 23-nə keçirilib.

Qeyd edək ki, TRIPP layihəsi Azərbaycanı Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirəcək nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

Oğuz