"5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu
Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu səhhətində yaranan ciddi problemlər və keçirdiyi əməliyyatlar barədə danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, sənətçi bu barədə “YouTube” platformasında yayımlanan “Sheinkin40” layihəsinə müsahibəsində açıqlama verib.
O bildirib ki, gözlərində yaranan problemlə bağlı ABŞ, Rusiya və bir sıra digər ölkələrdə həkim müayinəsindən keçib. Lakin müalicə üçün ən uyğun imkan İsraildə tapılıb.
Polad Bülbüloğlunun sözlərinə görə, o, İsraildə ümumilikdə beş ağır əməliyyat keçirib. Əməliyyatlardan biri Təl-Əvivdə, digər dördü isə Hayfa şəhərində aparılıb.
“Onların sayəsində bu gün qarşınızda əyləşmişəm, sizi görürəm”, - deyə Xalq artisti bildirib.
Aytən