Dambrauskas “Barselona” ilə oyundan danışdı - “İnanılmaz hekayə olacaq”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Barselona” ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, litvalı mütəxəssis komandasının qarşıdakı oyuna ciddi hazırlaşdığını bildirib.
Dambrauskas belə qarşılaşmalardan zövq almağın vacibliyini vurğulayıb və azarkeşləri stadiona dəvət edib:
“Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oğuz