Çörək kökəlməyə səbəb olmurmuş – MİF DAĞILDI
“Çörək kökəlməyə səbəb olmur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu həkim-diyetoloq Sofiya Kovanova bildirib.
Onun sözlərinə görə, çörəyin özü çəki artımına səbəb olmur. Bu məhsulun bədən çəkisinə təsiri onun tərkibindən, kaloriliyindən və istehlak edilən porsiyanın həcmindən asılıdır.
Kovanova bildirib ki, tam taxıllı çörək daha çox lif ehtiva etdiyindən insanı uzun müddət tox saxlayır. Bununla belə, nazik lavaş və digər çörək növlərini zərərli hesab etmək düzgün deyil.
Mütəxəssis çörəyin hansı qidalarla birlikdə yeyilməsinin də vacib olduğunu diqqətə çatdırıb. Onun fikrincə, rafinə edilmiş karbohidratların çoxlu miqdarda yağlarla birləşdirilməsi ən uğursuz qida kombinasiyalarından biridir.
Dietoloq nümunə olaraq pendir, mayonezli sous və yağ əlavə edilərək hazırlanan lavaşı göstərib. Onun sözlərinə görə, belə lavaş, xüsusilə də qızardıldıqda, yüksək kalorili qidaya çevrilir. Ət, tərəvəz və göyərti ilə hazırlanan lavaşın isə qida dəyəri tamamilə fərqlidir.
Banu