Gəncləşmək və gözəlləşmək üçün vurulan botoksun - ZƏRƏRLƏRİ 

Estetik toxunuşlar deyiləndə ilk ağıla gələnlərdən biri botoks olur.

Mar 13, 2025 - 22:32
Gəncləşmək və gözəlləşmək üçün vurulan botoksun - ZƏRƏRLƏRİ 

Yaşlanmaqdan və qırışlardan qaçanların seçimi olan botoks sadəcə kosmetik yox, həm də tibbi məqsədlə istifadə olunur.Lakin son illərdə daha çox kosmetik məqsədlə istifadə edilən botoks ağıla bir sualı gətirir.

Botoksun zərərləri nələrdir?

SAVASHMEDİA.az botoks barədə maraqlı məlumatları təqdim edir.

İlk dəfə 1897-ci ildə “Clostridium botulinum” bakteriyasından əldə olunan botoks, yəni botulinum toksini neyrotoksik zülaldır. Botulinum toksininin 7 fərqli növü var: A, B, C, D, E, F, G

Botoks tibbdə göz qapaqlarının spazmları və balanssızlıqları, distoniya (məcburi əzələ hərəkəti), sidik qaçırma, xromhidroz (rəngli tərləmə), hiperhidroz (həddindən artıq tərləmə), miqren, udqunma pozğunluğu (sialoreya), ağız-üz əzələlərinin disfunksiyasının (əzələ və spastiklik) müalicəsində tətbiq edilir.

Kosmetik məqsədlə botoksun A növündən istifadə olunur. Botoks ən çox üz üçün olan prosedurlarda tətbiq edilir. Alın, gözətrafı (qazayağı) və ağızətrafı qırışlardan xilas olmaq, qaşlarını yuxarı qaldırmaq istəyən qadınların və kişilərin ilk seçimi məhz botoks olur. Çünki botoks əzələlərin hərəkətini əngəllədiyi üçün mimiki qırışların yaranmasının qarşısını alır. Lakin son illərdə tərləmənin qarşısını almaq üçün ovuc içi, ayaqaltı və qoltuqaltlarına da botoks tətbiq olunur. Botoksun təsiri adətən tətbiq olunan nahiyədən asılı olaraq 3 aydan 8 aya qədər davam edir.

Hamilə və süd verən anaların botoks vurdurmaması məqsədəuyğundur. Çünki botulinum toksininin plasentadan körpəyə keçə və dölə zərər verə biləcəyi güman edilir.Eynilə ana südündən də körpəyə keçə biləcəyinə dair məlumatlar var.

Botoksun zərərlərinə gəldikdə isə keçici və qalıcı zərərləri mövcuddur.  

Botoksun zərərləri və əks təsirləri:

•    Həddindən artıq inyeksiya səbəbindən zəhərli maddəyə məruz qalma
•    Tətbiq olunan nahiyədə infeksiya riski 
•    Tətbiq olunan nahiyəyə qalıcı zərər vurması
•    Yanlış tətbiq nəticəsində vizual pozğunluq
•    Vurulmuş nahiyədə baş verə biləcək allergik reaksiyalar 
•    Baş ağrıları
•    Göz qapağının müvəqqəti sallanması
•    Gözlərin müvəqqəti quruması
•    Qida zəhərlənməsi
•    Qaş səyriməsi
•    Tətbiq olunan hissədə uyuşma hissi
•    Tətbiq olunan nahiyədə müvəqqəti iflic
•    Yüngül ürəkbulanma
•    Qızdırma, titrətmə, ağızda quruluq
•    Bulanıq görmə  və ya göz zəifliyi
•    Qanaxma, şişkinlik


Yağmur