Yas mərasimində 23 qadın zəhərləndi

Naxçıvanın Babək rayonunun Kültəpə kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Dec 12, 2025 - 20:23
Yas mərasimində 23 qadın zəhərləndi

SAVASHMEDİA.az xəbər verir ki, ilkin məlumata görə, 23 nəfər dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.

Mərkəzdən bildirilib ki, zəhərlənənlərin hamısı qadın olub. Xəstələrə ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti stabil olduqdan sonra evə buraxılıblar.

Səlcuq