Melaniya Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər

ABŞ Prezidenti Donald Trampın xanımı Melaniya Tramp Nobel mükafatına namizəd ola bilər.

Oct 31, 2026 - 21:22
Melaniya Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər

SAVASHMEDİA.az xəbər verir ki, bunu "The Telegraph" nəşri yazıb. 

"Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb.

O, Xerson vilayətində humanitar missiyanı həyata keçirmək üçün Rusiya və Ukrayna ilə birbaşa işləyib", - yazıda qeyd edib.

Məqalədə Melaniya Trampın əməyi Donald Tramp və nazir Pit Heqsetin fəaliyyətindən üstün qiymətləndirilib:

“D.Tramp və nazir Pit Heqset müharibə ritorikasına və hərbi gücün nümayişinə üstünlük verdiyi halda, Melaniya Tramp Rusiya və Ukraynanı danışıqlar masasına gətirən humanitar diplomatiya ilə məşğul olurdu”.

Müəllif bildirib ki, D.Tramp öz şöhrətini artırmaq üçün münaqişələrin dayandırılmasına cəhd göstərdiyi halda, birinci xanım diplomatik səylə humanitar yanaşmanın əhəmiyyətini nümayiş etdirib:

"Bu fəaliyyətini nəzərə alaraq, birinci xanım Donald Trampın ciddi cəhdlə almaq istədiyi Sülh üzrə Nobel Mükafatına ondan daha çox layiqdir".

Xatırladaq ki, Rusiya və Ukrayna ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə keçirilən danışıqlardan sonra oktyabrın 23-də Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəlib. Sözügedən atəşkəs 27 oktyabr- 1 noyabr tarixlərini əhatə edir. 

Aytən