Bu ölkə Gürcüstanla əməkdaşlığı dayandırdı

İsveç Krallığı dövlət orqanları səviyyəsində Gürcüstanla əməkdaşlığı dayandırır. 

Oct 29, 2024 - 11:12
Bu ölkə Gürcüstanla əməkdaşlığı dayandırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Swedenherald” nəşri məlumat yayıb. 

İsveçin inkişaf məqsədilə əməkdaşlıq və xarici ticarət məsələləri üzrə naziri Bencamin Dusun yazılı şərhində bu addım Gürcüstanda baş verən hadisələrin çoxdan narahatlıq doğurması və parlament seçkilərində beynəlxalq müşahidəçilər tərəfindən bildirilən qanun pozuntularının bunu təsdiqləməsi ilə izah edilib. 

Nazir qeyd edib ki, rusiyayönlü “Gürcü arzusu” hakim partiyası mübahisəli parlament seçkilərində qalib gəlib, onun legitimliyi müxalifət və beynəlxalq müşahidəçilər tərəfindən şübhə altına alınır. 
 
“Ölkənin vətəndaş cəmiyyətinin demokratik rolunu yerinə yetirməsinə mane olmaq cəhdləri, o cümlədən məhdudlaşdırıcı qanunvericilik vasitəsilə Avropa İttifaqı norma və dəyərlərinə ziddir. Buna görə də hökumət İsveç-Gürcüstan birbaşa əməkdaşlığını dayandırır, hərçənd bu əməkdaşlıq, o cümlədən Gürcüstanın vergi qurumu departamenti ilə hələ də davam edir”, - İsveç naziri vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan Aİ-yə qayıdarsa, gələcəkdə əməkdaşlıq bərpa oluna bilər.

İsveçin Gürücstana yardımı ildə 200 milyon kron təşkil edir. Bu il 25 milyon kron ölkənin vətəndaş cəmiyyətinin xeyrinə ayrılıb. 

Xatirə SADİQ