ABŞ prezidenti Rusiyanı raket oğurluğunda ittiham etdi
Prezident Donald Tramp Rusiyanı ABŞ-nin hipersəs raket planını oğurladığı barədə keçmiş iddiasını təkrarlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Tramp bu hadisənin Barak Obama administrasiyası dönəmində baş verdiyini bildirib.
“Rusiya layihəni oğurladı, onlar onu bizdən aldılar. Hansısa pis adam layihəni onlara verdi”, - deyə Tramp əlavə edib.
ABŞ prezidenti onu da nəzərə çatdırıb ki, ölkəsi daha yaxşı hipersəsli raketlərə malik olacaq: “Biz onları kifayət qədər tez işə salacağıq”.
Qeyd edək ki, Tramp 2023-cü ildə də tərəfdarlarına Rusiyanın ABŞ-nin “super-puper raketlər” planlarını oğurladığını söyləyirdi.
Kreml bu açıqlamalara “bizim öz raketimiz var, əla raketimiz var” deyə cavab verib.
Trampın keçmiş müşaviri Con Bolton da bəyan etmişdi ki, Rusiya tərəfi ABŞ-dən çoxlu texnologiya, o cümlədən hipersəs silahlarının yaradılması texnologiyasını oğurlayıb.
Xatirə SADİQ