Cərimələrdən daxil olan pullar svetaforlara xərclənəcək - Əli Əsədov

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.

Jan 24, 2025 - 06:59
Cərimələrdən daxil olan pullar svetaforlara xərclənəcək - Əli Əsədov

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, qərarla cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.