Netanyahudan ona "dəli" deyən Trampa CAVAB

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın onu "dəli" adlandırmasına münasibət bildirib.

Jun 3, 2026 - 20:20
Netanyahudan ona "dəli" deyən Trampa CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, İsrailin Baş naziri bütün fikir ayrılıqlarına baxmayaraq, tərəflərin həmişə razılıq əldə etməyi bacardıqlarını deyib.

"Bəzən ən yaxşı ailələrdə olduğu kimi, bizim də taktiki fikir ayrılıqlarımız olur. Biz həmişə fikir ayrılıqlarımızı həll etməyin yolunu tapırıq”, - Netanyahu əlavə edib.

Baş nazir qeyd edib ki, Donald Trampla qısa müddətdə ortaq mövqeyə gəlməyi bacarırlar: “Səhər fikir ayrılığı yaşaya bilərik, amma günortaya qədər razılıq əldə edirik. O, mənə hörmət edir, mən də ona hörmət edirəm".

Oğuz