Paşinyan futbola baxmaq üçün Gürcüstana getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib.

Mar 23, 2025 - 15:39
Paşinyan futbola baxmaq üçün Gürcüstana getdi

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan Tbilisidə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşəcək.

Ermənistan və Gürcüstanın futbol üzrə milli komandaları arasında keçiriləcək cavab oyununda hər iki ölkənin liderləri də iştirak edəcəklər.

Bazar günü Tbilisidə UEFA Millətlər Liqasının 2024/2025-ci il mövsümünün B/C Liqasının ikinci pley-off oyunu keçiriləcək və burada Gürcüstan və Ermənistan milli komandaları qarşılaşacaq.

Səlcuq