Heqset olmayacaq, amma ABŞ olacaq - “Politico”
ABŞ müdafiə naziri Ukraynaya hərbi yardımın əlaqələndirilməsi üzrə təmas qrupunun (“Ramştayn”) toplantısına qatılmasa da, orada ABŞ-nin nümayəndəsi təmsil olunacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşrin məlumatına görə, Pentaqonun rəhbəri Pit Heqsetin əvəzinə ABŞ-nnin NATO-dakı səfiri Metyu Uitaker toplantıya qatılacaq.
ABŞ Müdafiə Nazirliyi isə Pit Heqsetin toplantıya qatılmamasına aydınlıq gətirib.
“Nazir Heqsetin səfər cədvəli sabahkı görüşdə iştirakın mümkünlüyünü istisna edir. Birləşmiş Ştatlar uzunmüddətli sülhü bərqərar edəcək şərtlər əsasında Ukraynada müharibənin mümkün qədər tez bitirilməsinə hədəflənib”, - deyə Pentaqonun mətbuat katibi Kinqsli Uilsonun bəyanatında bildirilib.
Xatirə SADİQ