"Barselona" Bakıya bu tarixdə gələcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona"nın Azərbaycana səfər tarixi bəlli olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Bildirilib ki, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
Oğuz