Bakıda sakinlərə evlərini tərk etmək tövsiyə olundu - SÜRÜŞMƏ TƏHLÜKƏSİ

Bakının Badamdar qəsəbəsində torpaq sürüşməsi yenidən aktivləşib. Ərazidə çatlar genişlənib, yaşayış evləri və digər tikililər üçün təhlükə yaranıb.

Nov 20, 2026 - 22:32
Bakıda sakinlərə evlərini tərk etmək tövsiyə olundu - SÜRÜŞMƏ TƏHLÜKƏSİ

SAVASHMEDİA.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin məlumatına görə, son günlər yağan intensiv yağışlar nəticəsində Badamdar qəsəbəsinin 20-ci sahəsində sürüşmə prosesi yenidən güclənib. 

İcra Hakimiyyətindən bildirilib ki, sürüşmənin daha geniş ərazini əhatə etməsi ehtimalı var. Bu isə yaxınlıqdakı yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır.

Yaranmış vəziyyətlə əlaqədar aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. Sakinlərə mövcud təhlükə barədə məlumat verilib və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub.

Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən aparılan son monitorinqlər zamanı sürüşmə sahəsində çatların əvvəlki müşahidələrlə müqayisədə daha da genişləndiyi müəyyən edilib. Ərazidə vəziyyətin dinamikası izlənilir.

Oğuz